Accessibility links

ABŞ-ın maliyyə naziri vəzifəsinə nominasiya edilən Timoti Qaytnerin təsdiqi ilə bağlı dinləmələr keçirilir


Barak Obama tərəfindən ABŞ-ın maliyyə naziri vəzifəsinə nominasiya edilən Timoti Qaytner 2001-2004-cü illərdə Beynəlxalq Valyuta Fondunda çalışdığı müddət ərzində vergi ödəmədiyinə görə üzr istəyib. Senatın Maliyyə Komitəsində təyinatı ilə bağlı dinləmələr zamanı cənab Gaytner bu əməlini "səhlənkarlıqla yol verilən bir səhv" adlandırıb. 34000 dollar məbləğində vergi ödənişindən boyun qaçırmaqda günahlandırılan Qaytner həmin məbləği ödəməli olub. O, stimullaşdırma planlarından danışarkən deyib ki, prezident Obama şəffaflığın artırılması məqsədi ilə hazırki maliyyə proqramında köklü islahatlar aparmaq niyyətindədir. Nyu-Yorkun Federal Ehtiyatlar Bankının prezidenti kimi Qaytner Amerikanın maliyyə sisteminin dirçəlişi proqramında fəal iştirak edir.

XS
SM
MD
LG