Accessibility links

Oskar mükafatına nominasiyalar elan edildi


"Bencamin Battonun müəmmalı əhvalatı" adlı kino-film 13 kateqoriyada Hollivudun prestijli Oskar mükafatına nominasiya edilib. Film ən yaxşı kino-film, ən yaxşı kişi rolunun ifaçısı və ən yaxşı quruluşçu rejissor kimi əsas kateqoriyalarda göstərilib. "Bencamin Battonun müəmmalı əhvalatı" qocalıqdan cavanlığa yaşlanan bir adam haqdadır. Ən yaxşı kino-film kateqoriyasında göstərilən digər filmlər bunlardır: "Frost Niksonla üz-üzə" ("Frost/Nixson"), "Harvi Milk" ("Milk"), "Qiraətçi" ("The Reader") və " Xarabalıqlar milyonçusu" ("Slumdog Millionaire").

Hindistanda çəkilmiş "Xarabalıqlar milyonçusu" 10 kateqoriyada Oskara nominasiya edilib. Film Mumbay xarabalıqlarından televiziya şousuna çıxmaqla şöhrət qazanan yeniyetmə haqdadır.

"Bencamin Battonun müəmmalı əhvalatı" filmində baş rolda çəkilmiş Bred Pit ən yaxşı kişi rolunun ifaçışı kateqoriyasında nominasiya edilib. Bu kateqoriyada həmçinin "Frost Niksonla üz-üzə" filmində çəkilən Frank Langella, "Milk" filmində roluna görə Şon Pen və "Güləşçi" ("The Wrestler") filminə görə Miki Rurk göstəriliblər.

Ən yaxşı qadın rolunun ifaçısı kateqoriyasında aktrisa Enn Hatavey "Reyçel ərə gedir" ("Rachel Getting married"), Ancelina Joli "Changeling", "Meril Strip "Şübhə" ("Doubt") və Keyt Vinslet "Qiraətçi" filmlərində ifa etdikləri rollara görə göstəriliblər.



XS
SM
MD
LG