Accessibility links

Əfqanıstanda koalisiya qüvvələri militantlarla toqquşub


Əfqanıstanda Birləşmiş Ştatların başçılıq etdiyi hərbi qüvvələr bildirirlər ki, dünən gecə ölkənin şərqində həyata keçirdikləri əməliyyatlar nəticəsində 15 yaraqlı öldürüblər. Yerli rəsmilər isə ölənlərin mülki vətəndaş olduğunu bildirir. Koalisiya qüvvələrinin açıqladığı bəyanatda qeyd edilib ki, Loqman vilayətində yaraqlılar koalisiya qüvvələrini atəşə tutmuşlar. Koalisiya qüvvələri atəşə cavab verərək 15 hücumçunu öldürüb. Yerli rəsmilər isə bu rəqəmlə mübahisə edərək deyirlər ki,əməliyyatda azı 12 mülki vətəndaş öldürülüb.
XS
SM
MD
LG