Accessibility links

Barak Obama ilk radio müraciətini etdi


Barak Obama ABŞ prezidenti kimi ilk radio müraciətini Birləşmiş Ştatlar iqtisadiyyatının stimullaşdırılması planlarına həsr edib. Cənab Obama deyib ki, o, 825 milyard dollarlıq Amerika Bərpa və İnvestisiya Planının bir ay içərisində qəbul olunmasını istəyir, və bunun üçün Konqresin hər iki partiyası güclü səy göstərməlidir. Müraciətinə hazırkı iqtisadi iqlimin təsviri ilə başlayan ABŞ-ın yeni prezidentinin sözlərinə görə, presedenti olmayan bu böhrana eyni yolla cavab vermək lazımdır. O, iqtisadi xilas paketinin 3-4 milyon arasında yeni iş yerinin açılmasına xidmət edəcəyini deyib.
XS
SM
MD
LG