Accessibility links

Manmohan Sinq ürəyindən əməliyyat olunub


Hindistanın xarici işlər nazirinin sözlərinə görə, həkimlər Manmohan Sinqin 8 saatlıq ürək əməliyyatından sonra səhhətinin yaxşılaşacağına tam əmindir. Rəsmilər deyir ki, cənab Sinq hazırda stabil şərtlər altında Dehli xəstəxanasındadır. Əməliyyat Hindistan may ayında parlament seçkilərinə hazırlaşdığı vaxt keçirilib və onu kimin əvəzləyəcəyi barədə suallar qaldırıb. Hökumət rəsmiləri deyir ki, kabinet bu məsələni həll etmək üçün Sinqin müalicə dövründə iclas keçirəcək. Həkimlər 76 yaşlı baş nazir sinəsində ağrılar hiss edəndən sonra əməliyyata ehtiyac olduğunu bildiriblər. Cənab Sinqin ürəyində əvvəldən problemlər olub və o, 1990-ci ildə oxşar əməliyyat keçirib.
XS
SM
MD
LG