Accessibility links

Tehranda Fransa səfirliyi qarşısında nümayş keçirlib


Tehranda yüzlərlə insan Fransa səfirliyi qarşısında İranın müxalifət qrupunun Avropa Birliyinin terrorçu təşkilatlar siyahısından çıxarılması haqda razılığa etiraz nümayişi keçiriblər.Xalq Mücahidləri təşkilatının statusu barədə son qərar sabah Avropa Birliyinin xarici işlər nazirlərinin iclasında veriləcək.

Xalq Mücahidləri 1960-cı illərdə yaradılıb. Qrup 1979-cu ildə Ayatolla Ruhulla Xomeyninin ABŞ-ın dəstəklədiyi İran şahını devirməsinə kömək etmişdir. Sonradan təkşkilatla Xomeyni arasında münasibətlərin kəsilməsi minlərlə insanın qətli, həbs edilməsi və sürgünə getməyə məcbur olması ilə nəticələnmişdir.

XS
SM
MD
LG