Accessibility links

Efiopiya qoşunlarını Somalidən çıxardı


Efiopiya hökuməti Somalidən bütün qüvvələrini çıxardığını bildirib. Bu qoşunlar iki il əvvəl Somali hökumətinə İslamçı qiyamçılara qarşı vuruşmaq üçün həmin ölkəyə göndərilmişdi. Kommunikasiya naziri Bereket Simon bu gün bildirib ki, axırıncı əsgərlər son 2-3 gün ərzində sərhədi keçib. O, təəssüf etdiyini bildirib ki, Efiopiya Somalidə dayanıqlı sülh əldə edə bilməyib, lakin əlavə edib ki, tərk edən əsgərlər İslamçı qrup Əl Şababı ciddi şəkildə zəiflədib. Efiopiya qüvvələri ilə hökuməti devirməyə çalışan İslamçı yaraqlılar arasında cərəyan edən döyüşlərədə minlərlə Somali sakini həlak olub.
XS
SM
MD
LG