Accessibility links

NATO və Rusiya arasında yüksək səviyyədə əlaqələr bərpa ediləcək


NATO yaxın zamanlarda tezliklə Rusiya ilə yüksək səviyyəli əlaqələrini bərpa edəcəyini bildirib. Alyansla əlaqələr 5 ay əvvəl Rusiyanın Gürcüstana hərbi müdaxiləsi zamanı soyumuşdu. NATO sözçüsü Ceyms Appaturay planı bu gün bəyan edib.Bundan bir qədər sonra NATO rəhbəri Yaap De Hup Şeffer Əl-Cəzirə telekanalına bildirib ki, o, fevralın 6-da Münxendə konfransda Rusiya baş nazirinin müavini Serqey İvanovla görüşəcək. NATO bu bəyanatı Rusiyanın alyansda nümayəndəsi Dmitri Roqozinin Brüsseldə alyansın 26 səfiri ilə qeyri-rəsmi görüşündən sonra verib. Rəsmilər deyir ki, görüş zamanı habelə Rusiya vasitəsilə Əfqanıstana yeni təchizat yollarının inkişaf etdirilməsi məsələsi də müzakirə olunub.
XS
SM
MD
LG