Accessibility links

ABŞ-ın BMT-dəki yeni səfiri Vaşinqtonun İranın nüvə proqramı ilə bağlı dərin narahatlığını qeyd edib


ABŞ-ın BMT-də yeni səfiri Süzan Rays deyib ki, rəsmi Vaşinqton İranın nüvə proqramı ilə bağlı dərin narahatlıq hissi keçirir. O, məsələnin diplomatik həlli yollarının tapılması üzərində ciddi iş aparılacağını bildirib.

Səfir Süzan Raysın sözlərinə görə, Birləşmiş Ştatların diplomatik səyləri həm birbaşa İranla, həm də BMT Təhlükəsizlik Şurasının beş daimi üzvü və Almaniya ilə birlikdə danışıqların davam etdirilməsindən ibarət ola bilər.

Süzan Rays bu açıqlamaları öz etimadnaməsini BMT Baş katibi Ban Ki Muna təqdim edən zaman verib. O bildirib ki, İranla dailoq və diplomatiya Tehrana Təhlükəsizlik Şurasının müəyyən etdiyi təəhhüdlərə əməl etməli olduğuna dair çox sərt mesajla birlikdə göndərilməlidir. Onun sözlərinə görə, Tehranın bu təəhhüdlərə əməl etməməyə davam etməsi yalnız beynəlxalq təzyiqlərin güclənməsinə gətirib çıxaracaq.

XS
SM
MD
LG