Rəsmi mənbələr tərəfindən təsdiq olunan məlumatlara görə, İran
zindanlarında 20 məhkum haqqında verilmiş edam cəzaları icra edilib.
Edam qərarları əsasən Tehranın “Evin” eləcə də Yəzd və İsfahan həbsxanalarında həyata keçirilib.
Yayılan məlumatlarda o da bildirilir ki, edam olunanlardan 10 nəfəri
Tehran “Evin” Həbsxanasında kütləvi olaraq edam edilib. Daha 6 məhkum Yəzd
şəhəri həbsxanası, 2 nəfər İsfahan
həbsxanasında və daha 1 məhkum isə Kərəc şəhərinin “Qızıl Hasar” həbsxanasında
dar ağacından asılmaqla edam ediliblər. İran mətbuatının rəsmi qaynaqlara
istinadən yaydığı iddialara görə, edam olunanların hamısı, qətl, silahlı soyğun,
qarət, zorlama və narkotik maddələrin qaçaqmalçılığı kimi maddələr üzrə
təqsirli bilinən şəxslər olublar. Rəsmi mənbələr edam olunların kimliyi haqqında
məlumat verməyib. İnsan haqları təşkilatları isə edam olunanlar arasında, Ərdəlan
Naibi və Nasir Mehrani adlı 2 məhkumun
olduğunu müəyyənləşdirdiyini bildirirlər.
İnsan haqları təşkilatlarının bildirdiyinə görə, edam olunanlar sayı üzrə İran Çindən sonra dünyada ikinci yeri tutur. Azyaşlıların edamı üzrə isə rəsmi Tehran “Birinciliyini” qoruyub saxlayır.
İnsan haqları təşkilatlarının bildirdiyinə görə, edam olunanlar sayı üzrə İran Çindən sonra dünyada ikinci yeri tutur. Azyaşlıların edamı üzrə isə rəsmi Tehran “Birinciliyini” qoruyub saxlayır.