Accessibility links

ABŞ-ın Cənubi Qafqazda siyasəti:enerji və təhlükəsizliyə risklər


Vaşintondakı Heritage fondunda "ABŞ-ın Cənubi Qafqazda siyasəti: Enerji və geosiyasi risklər" mövzusunda konfrans keçirilib. Müzakirələrdə iştirak edən ekspertlər ABŞ-ın yeni administrasiyasına regionda siyasətə dair tövsiylərini veriblər.

Vaşinqtonda region üzrə aparıcı ekspertlər doktor Frederik Star və Ariyel Kohen avqust ayında Rusiya və Gürcüstan arasında hərbi münaqişədən sonra yaranmış geosiyasi vəziyyəti təhlil etdilər. Onların fikrincə, region dövlətləri Rusiyanın artan təzyiqləri altında, Azərbaycansa qərb və şərq, digər tərəfdən, Türkiyə və İranın strateji maraqları arasında qalır. Son həftələr Rusiya və Ukrayna arasında qaz müharibəsi Avropanın Rusiya enerjisindən strateji asılılığını qabarıq şəkildə göstərdi. Bu isə Azərbaycanın enerji resurlarının qərb bazarına çıxarılmasının əhəmiyyətini artırır, Nabukko və Trans-Xəzər qaz kəməri layihəsinin gerçəkləşdirilməsi perspektivlərini gücləndirir. Doktor Frederk Starrın fikrincə, Birləşmiş Ştatların regionda siyasətinin əsasında suverenlik prinsipi durur. Regionun təhlükəsizliyi və enerji layihələrinin gerçəkləşməsinə kömək etməklə, ABŞ həm də regiondakı risklər və təhlükələrə də cavab verilməsi işini öz üzərinə götürür.

Heritec fondundan təhlilçi Ariyel Kohen Obama administrasiyasının xarici siyasət prioritetlərini vurğulayaraq, İraqdan hərbi qüvvələrin çıxarılması, əfqanıstanda sabitliyə nail olunması, İrana dair siyasətin məyyənləşməsi məsələlərini göstərdi və buna görə də ABŞ və Azərbaycan arasında strateji tərəfdaşlıq əlaqələrinin möhkəmləndirilməsinin Amerikanın marağında olduğunu bildirdi.

Konfrans iştirakçılarının Obama administrasiyasına tövsiləri arasında 907-ci düzəlişin yenidən nəzərdən keçirilməsi də oldu. Ekspertlər bu düzəlişin köhnəldiyini, ABŞ və Azərbaycan arasında münasibtlərin real vəziyyətini əks etdirmədiyini bildirdilər.

Azərbaycan Diplomatik Akademiyasından Fariz İsmayılzadə ABŞ-ın Nabukko layihəsinə dəstəyinə ehtiyac olduğunu bildirdi və layihənin gerçəkləşməsində maneələri göstərdi. O, regionda dondurulmuş münaqşiələrin qalması və Rusiyanın Ermənistana silah ötürməsi məsələlərini önə çəkdi.

XS
SM
MD
LG