Accessibility links

İranda qiyamçı təhlükəsizlik işçilərini öldürdü


Iran rəsmilərinin bildirdiyinə görə, ölkənin Pakistanla sərhəd cənub-şərq bölgəsi yaxınlığında bir qiyamçı 12 nəfər təhlükəsizlik işçisini öldürüb.

İranın Ədliyyə sözcüsü Əli Rza Cəmşidi bu gün deyib ki, ümumiyyətlə qiyamçılar bazar günündən etibarən Saravan şəhəri yaxınlığında atışmalara başlayıblar.
Son illər İranın sünni müsəlman qiyamçıları ölkənin cənub- şərqindəki Sistan-Bəlucistan ərazisində xüsusən fəallaşıblar.

Bu region habelə Pakistandan Əfqanıstana narkotik maddə qaçaqmalçılığında əsas tranzit rolu oynayır.

XS
SM
MD
LG