Accessibility links

İraqda vilayət seçkilərinə səsvermələr başlayıb


Bu gün İraqda bəzi seçicilərə şənbə gününə təyin olunmuş vilayət seçkilərində əvvəlcədən səs vermək imkanı yaradılıb. Səhər tezdən açılan seçki məntəqələrində İraq hərbi qüvvələri, polis, o cümlədən dustaqlar da səs veriblər. Əsas səsvermə isə şənbə günü keçiriləcək. Bu, İraqda 2005-ci ilin dekabr ayında ölkədə yeni parlament seçkilərindən bəri ilk genişmiqyaslı seçkilərdir. Şənbə günü ölkənin 18 vilayətinin 14-də 15 milyon iraqlının vilayət seçkilərində səs verəcəyi gözlənilir. Vilayət Şuraları üzrə 440 yerə 14 400 nəfər namizədliyini irəli sürüb. Sünnilərin 2005-ci il yanvar ayında keçirilən vilayətseçkilərini boykotetməsinə görəşiə və kürd namizədlər yerlərin çoxunu əldə etmişdi. Bu dəfə isə heç bir tərəfin seçkiləri boykot edəcəyi gözlənilmir.

XS
SM
MD
LG