Accessibility links

Qəzzaya yeni hava hücumları həyata keçirilir


İsrail qırıcı təyyarələri yaraqlıların İsrailin cənubuna 2 raket atmasından sonra Qəzza Zolağına hava hücumlarını artırıb. İsrail deyir ki, bu gün həyata keçirilən bir hava hücumu Həmas yaraqlısını hədəf alıb. Bu yaraqlı iki gün öncə İsrail-Qəzza sərhədində keşik çəkən bir İsrail əsgərinin ölümünə səbəb olan bomba hücumunu həyata keçirməkdə şübhəli bilinir. Fələstinli səhiyyə işçilərinin bildirdiyinə görə, hava hücumu Xan Yunis şəhərində yaraqlının avtomobilini vurub və nəticədə o və azı 7 məktəbli yaralanıb. Dünəndən bəri Qəzza yaraqları İsrailin cənubuna 2 roket atıb. Ölənlər və yaralananlar barədə məlumat verilmir. Qəzzada zorakılıq yenidən başladığı bir zaman ABŞ-ın Yaxın Şərq nümayəndəsi Corc Mitçel Fələstinlilərin prezidenti Mahmud Abbasla danışıqlar aparmaq üçün Qərb sahilinin Ramallah şəhərinə gedib.
XS
SM
MD
LG