Beynəlxalq tələbələrə oxuduqları
universitet və ya kolleclərdə işləməyə icazə verilir. Ancaq bu iş universitetin tələbələrinə birbaşa xidmətlə
bağlı olmalıdır. Misal üçün o, kitabxanada çalışa bilər. Ancaq universitetin
bina inşasında çalışmaq kimi işlər qadağandır. Bundan əlavə xarici tələbələr iş
yerində Amerika vətəndaşının yerinə keçə bilməz. Amerikalı olmayan tələbələr
dərslərə qatılmaqla yanaşı, həftə ərzində 24 saat işləyə bilər. Tətil vaxtları
isə bu müddət artırıla bilər. Onlar
təhsillərini sona çatdırana kimi çalışmaq hüququna malikdirlər.
Xarici tələbələr oxuduqları təhsil
ocağı ilə əlaqəsi olmayan işlərə cəlb oluna bilməz. Ancaq tələbələr qəflətən
özlərinin nəzarətindən çıxan vəziyyətlə üzləşəndə hökumətin onlara çalışmağa
icazə verməsi mümkündür. Misal kimi yüksək müalicə xərclərini, tələbəyə maliyyə yardımı ilə bağlı problemləri və onun
təhsilini maliyyələşdirən mənbədə gözlənilməz dəyişiklik baş verməsini
göstərmək olar. Tələbələr habelə başqa şərtlərlə də qarşılaşır. Onlar işləməyə başlamamışdan əvvəl ən azı bir il
Amerika universitetində təhsil almalıdırlar. Tələbələr təhsildənkənar işlə
məşğul olmaq üçün hər il yenidən müraciət etməlidirlər.
Magistr və başqa yuxarı dərəcələrdə oxuyan tələbələr isə hələ Amerikaya gəlməmişdən öncə iş üçün müraciət edə bilər. Universitetdə dərs demək və ya tədqiqatçı yardımçısı kimi işlər buna yaxşı misaldır. Bəzi məktəblər yardımçılara pul verir. Bəziləri bunun qarşılığında pulsuz təhsil təklif edir. Çoxları isə hər iki seçimə şərait yaradır.
Magistr dərəcəsində olan tələbələr dərs keçə, imtahan ala, müəllimə assisentlik edə və ofisdə çalışa bilər. Hazırda çoxlu universitet xarici magistr tələbələrinin ingilis dilini inkişaf etdirməsi üçün onlara dil treyninqləri keçir. Bəzi məktəblər isə bu tələbələrin dərs deməyə başlamasından öncə onların İngilis dilində danışıq qabiliyyətindən imtahan verməyini tələb edir. Amerikada rəsmi icasəzi olmadan işləyən tələbələr isə deportasiya edilə bilər. Ali təhsil ocağının Beynəlxalq Tələbələr Ofisi tələbələr barədə Daxili Təhlükəsizlik Nazirliyinə məlumat verir. Viza şərtlərini pozanlar, misal üçün icazəsiz kapusdan kənarda çalışan tələbələr gəldikləri ölkəyə geri göndərilə bilər.