Accessibility links

Ərdoğanın müsəlman dünyasında populyarlığı arta bilər


Davos sammitində Qəzzadakı müharibəyə görə İsrail prezidentini açıq şəkildə tənqid edən baş nazir Rəcəp Teyyip Ərdoğanı bu gün İstanbul aeropotunda minlərlə insan hərarətlə qarşılayıb. Bu arada Şimon Perez Ərdoğanla başverən hadisənin şəxsi məsələ olmadığını və iki ölkə əlaqələrinin dəyişməyəcəyini bildirib.Türkiyə baş naziri İsrail prezidentinin çıxışına cavab verməsinə imkan tanınmadığına görə qəzəblənib paneli tərk etmişdi. Dünən forumda İsrail prezidenti Şimon Perez Həması günahlandırmış cənab Ərdoğan isə ona “Sən insanları öldürməyi bilirsən” demişdi. Türkiyənin baş naziri aparıcının cavab üçün özünə kifayəti qədər vaxt verməməsinə görə zalı tərk etmişdi. Təhlilçilərin fikrincə dünənki insident cənab Ərdoğanın Türkiyədə və müsəlman dünyasında populyarlığını artıracaq.
XS
SM
MD
LG