Accessibility links

ABŞ-ın ticarət naziri vəzifəsinə respublikaçı senator təyin edilə bilər


ABŞ prezidenti Barak Obamanın ticarət naziri vəzifəsinə respublikaçı senatorun təyinatını nəzərdən keçirdiyi deyilir. Demokrat mənbələrinin bildirdiyinə görə, prezident Nyu-Həmpşir ştatından Cudd Greqi bu vəzifəyə nominasiya edə bilər. Cudd Greq isə nazirlik vəzifəsinə müraciət edib-etməməsi barədə açıqlama verməkdən imtina edir. Senator Greq Senatı tərk etsə onun yerini demokrat nümayəndə tuta bilər.

Ticarət naziri vəzifəsi əvvəlcə Nyu-Meksiko ştatının qubernatoru Bill Riçardsona təklif edilmişdi. Lakin o, həmin ştatda kontraktların verilməsinə dair federal istintaqa görə nominasiyasını geri götürüb.

XS
SM
MD
LG