Yaponiya
başqa Asiya ölkələrinə infrastruktur layihələri üçün 17 milyard dollar
ayıracağını elan edib.Bu gün Davosda
Dünya İqtisadi Forumunda çıxış edən Yaponiya baş naziri Taro Aso habelə Beynəlxalq Valyuta Fonduna 100 milyard
dollar kredit verəcəyini bildirib.Cənab
Aso həmçinin Yaponiya üçün istixana qazlarının emissiyası ilə bağlı plan tərtib
edəcəyini və hədəfləri İyun ayında açıqlayacağını bildirib.İsveçrənin dağ kurortunda yarım gün
keçirdikdən sonra baş nazir gərgin keçəcəyi güman edilən parlament iclasında
iştirak etmək üçün vətənə qayıdacaq.Yaponiyada
müxalifət bu ilki parlament seçkilərində qələbə çalacağına ümid bəsləyir.