Accessibility links

Qəzza militantları İsrailə raket atıb


İsrail hərbçiləri bildirirlər ki, Qəzza zolağındakı yaraqlıların İsrailin cənub bölgəsinə raket atması nəticəsində dağıntı baş verib, lakin ölən və yaralanan yoxdur. Bu, İsraillə Qəzza yaraqlıları arasında təxminən iki həftə öncə əldə edilmiş atəşkəsdən sonra yaraqlıların İsrailə etdikləri üçüncü raket hücumudur. Birləşmiş Ştatların Yaxın Şərq üzrə elçisi Corc Mitçell dünən regiona səfər edərkən demişdi ki, sülh səylərinə əngəl törətmək üçün daha çox belə hücumlar baş verə bilər. Onun sözlərinə görə Qəzzaya humanitar yardımın çatdırılması üçün atəşkəsi möhkəmləndirmək lazımdır. Bu arada İsrail bildirir ki, Həmas 2006-cı ildə girov götürdüyü İsrail əsgəri Gilad Shaliti azad etməyincə Qəzzanın blokadasına son qoymayacaq.
XS
SM
MD
LG