Accessibility links

Ərdoğan yenidən İsraili tənqid edib


Türkiyə baş naziri Rəcəb Tayip Ərdoğan İsrail prezidenti ilə baş verən hadisədən sonra İsrailin Həmasa qarşı siyasətini yenidən tənqid edib. Bu gün “Vaşinqton Post” qəzetində nəşr olunan müsahibədə cənab Ərdoğan deyib ki, İsrailin Həması sülh danışıqlarına cəlb etməməsi yalnış idi. O, sözlərinə aydınlıq gətirərək bununla Həmasın yaxşı təşkilat olduğunu demək istəmədiyini bildirib, ancaq baş nazir vurğulayıb ki, İsrailin hücumu həddən artıq güclü olub. Cümə axşamı günü Davos İqtisadi Forumunda İsrail prezidenti Şimon Peres Qəzzaya hücumları uzun müddət müdafiə edəndən sonra cənab Ərdoğan əsəbləşərək paneli tərk etmişdi.
XS
SM
MD
LG