Accessibility links

İraqda vilayət seçkiləri keçirilir


İraqda bu gün keçirilən seçkilər ölkənin sabitliyi üçün böyük əhəmiyyət kəsb edir.2005-ci ildən bəri keçirilən ilk vilayət seçkilərində 18 yerli şuradan 14-nün nümayəndələri müəyyən olmalıdır. 440 yer uğrunda 14 min namizəd mübarizə aparır. Bağdadın Şədr şəhərində bu gün əsgərlərlə mübahisə zəminində başlayan atışma nəticəsində bir nəfər həlak olub, digər bir nəfər isə yaralanıb. Bağdadın şimalında Tikrit şəhərinin səsvermə məntəqəsi yaxınlığında bir neçə minomyot partlayıb. Ölənlər və yaralananlar barədə məlumat verilmir, ancaq insident rəsmilərin narahatlığını artırıb. Ölkədə seçkilərə görə təhlükəsizlik tədbirləri gücləndirilib, hava limanları və sərhədləri bağlanıb, şəhərlərdə isə nəqliyyatın hərəkəti məhdudlaşdırıb.
XS
SM
MD
LG