Cenevrədə hökumətin qadağasına baxmayaraq, yüzlərlə nümayişçi qlobal iqtisadi böhranla bağlı fəaliyyətlərə etirazlarını bildirib. Rəsmilərin dediyinə görə, polisin nümayişlərə mane olmaq cəhdi aksiya iştirakçılarının qəzəbinə səbəb olub, onlar polisə butılkalarla hücum edib. Polis hücuma gözyaşardıcı qazla cavab verib. Beynəlxalq İqtisadi Forum Davosda təşkil edilsə də, təşkilatın qərargahı kapitalizmin simvolu adlandırılan Cenevrədə yerləşir.