Accessibility links

Rus pravoslav kilsəsinin yeni patriarxı təsdiq olundu


Sovet Ittifaqının dağılmasından bəri yeni patriarx rus pravoslav kilsəsinə rəhbər seçilib. Patriarx Kirill bu gün təntənəli mərasimdə ali dini mövqedə təsdiq olunub. Törəndə yüzlərlə ibadətçi, onlarla din xadimi, baş nazir Vladimir Putin və prezident Dmitri Medvedev iştirak ediblər. Prezident öz çıxışında söyləyib ki, Kirillin ali dini rəhbər seçilməsi dövlətlə din arasında “həmrəylik dialoqu” üçün şərait yaradır. 1991-ci ildə Sovet erası başa çatdıqdan sonra rus hökuməti ilə kilsə arasında əlaqələr xeyli yaxınlaşıb. Rus pravoslav kilsəsinin nümayəndələri böyük səs çoxluğu ilə 62 yaşlı Kirilli ötən həftə kilsəyə patriarx seçdilər. Kilsənin 16-cı lideri olan Kirill 100 milyondan çox pravoslava rəhbərlik edəcək.
XS
SM
MD
LG