Accessibility links

İraqda seçkilərin nəticələri hesablanır


İraq rəsmiləri deyir ki, milyonlarla iraqlının vilayət seçkilərində iştirakından sonra səslərin hesablanma prosesi başlayıb. Səsvermədə seçicilərin 60 faizi iştirak etdiyi deyilir, hərçənd ki, rəsmi statistikanın və nəticələrin yaxın bir neçə gün ərzində açıqlanacağı gözlənilir. İraq və ABŞ liderləri seçkilərin dinc keçməsini təqdir ediblər. Qeyri-rəsmi hesablamalar göstərir ki, ABŞ-ın dəstəklədiyi Nuri Əl-Maliki vilayət seçkilərində nailliyyətlər əldə edib. Birləşmiş Ştatlar prezidenti Barak Obama İraqlıların gələcəkləri üçün məsuliyyəti öz üzərilərinə götürdüyü bir vaxt bu seçkilərin irəliyə doğru vacib addım olduğunu bildirib. 2005-ci ildən bəri keçirilən ilk vilayət seçkilərində 18 yerli şuradan 14-nün nümayəndələri müəyyən olmalıdır. 440 yer uğrunda 14 min namizəd mübarizə aparır.
XS
SM
MD
LG