Accessibility links

Afro-Amerikalı Respublikaçlıar Partiyasının sədri seçildi


Respublikaçılar partiyasınnın ilk Afrikalı-Amerikalı rəhbəri var. Bütün ölkəni təmsil edən aparıcı Respublikaçılar Merilənd ştatının sabiq Leytenant Qubernatoru Maykl Stili Respublikaçı Milli Komitəsinə sədr seçiblər. Onun əsas funksiyası indi ötən iki Konqres seçkilərində və Prezident seçkilərində məğlub olmuş Respublikaçılar partiyasını dirçəltməkdir. Stil partiyadaxili seçkilərdə sabiq sədr Mayk Dunkan da daxil olmaqla 4 rəqibini məğlub edib. Stil vəd edib ki, o, Respublikaçı namizədlərdən üz döndərmiş seçicilərin dəstəyini qazanmağa çalışacaq. O, habelə partiyanın kiçilən bazasını genişləndirəcəyini bəyan edib.
XS
SM
MD
LG