Accessibility links

İsrail Qəzzanı yenidən bombalayıb


Qəzzanın səhiyyə işçilərinin bildirdiyinə görə, bu gün Misirlə sərhəddəki Rafah şəhərində İsrail qüvvələrinin hava hücumu bir fələstinli yaraqlının ölümünə səbəb olub. Hücum zamanı azı 3 nəfərin yaralandığı deyilir. Dünən Fələstin yaraqlılarının İsrailin cənubunu raket və qumbara hücumlarına məruz qoymasından sonra İsrail Həmas hədəflərini bombalamağa başlayıb. Həmas İsrail hərbi təyyarələrinin polis məntəqəsini və Misirdən silah-sursat daşınan 6 tuneli bombardman etdiyini bildirib. Bundan əvvəl Fələstin yaraqlılarının İsrail ərazilərinə azı 7 raket və qubara atdığı xəbər verilmişdi. Həmas isə bu hücumların məsuliyyətini öz üzərinə götürməyib. Bəzi hücumların məsuliyyəti Əl-Əqsa Şəhidlər Bruiqadası yaraqlıılarının üzərinə atılır.

XS
SM
MD
LG