Venesuela
prezidenti Huqo Çaves hakimiyyətdə olmağının 10 illiyini ölkədə milli bayram
elan edib. Dövlət başçısı bu bəyanatı
dünən verdiyi üçün bayram mərasimlərinə hazırlıqlara çox az vaxt qalır.
O, 1999-cu il fevralın 3-dən Venesuelaya rəhbərlik edir. Artıq prezidentliyinin
11-ci ilinə qədəm qoyan Çaves neftlə zəngin ölkəyə liderlik etməklə bir çox
çətinliklərlə üzləşir. Son aylarda neft qiymətlərinin düşməsi hökumət
gəlirlərinin azalmasına səbəb olub. Bu isə ölkənin müxtəlif azad proqramlarına
nail olmasının qarşısını ala bilər. Prezident yoxsullar üçün bir çox sosial
proqramlar təsis edib. Əzgəlirli əhali onun dəstəyinə güvənir.