Accessibility links

İranın peyk qurğusunu fəzaya yerləşdirməsi İsrailin narahatlıqlarını artırıb


Bazar ertəsi İranın peyk qurğusunu fəzaya yerləşdirməsi İsrailin narahatlıqlarını daha da artırıb. İsrail İranın “texnoloji nailiyyət” adlandırdığı peyk qurğusunun uran zənginləşdirilməsi proqramını genişləndirəcəyini deyir. İsrailin müdafiə naziri Ehud Barak deyib ki, İranın bu növ texnologi nailiyyətləri atom bombalarını İsrailə və daha uzaqlara tuşlayacağına işarədir.

İsrailin Fəza Agentliyinin başçısı və parlament nümayəndəsi İssak Ben-İsrail satellit kimi belə bir texnoloyiyanın səmada yerləşdirilməsinin İranın nüvə texnologiyasının inkişafı demək olduğunu bildirir. İran fəzada yerləşdirdiyi satellit sisteminin dinc mahiyyət daşıdığını deməsinə baxmayaraq, Ben-İsrail bunun cəfəngiyyat olduğunu və belə texnologiyanın Qərbi Avropaya atom bombası atmaq qabiliyyətinə yönəldiyini deyir.

İran prezidentinin “İsrail xəritədən silinməlidir” sözlərindən sonra İsrail liderləri xəbərdarlıq edirlər ki, İranı dayandırmaq üçün son vasitə hərbi qüvvədir. İsrailin müdafiə naziri öz bəyanatında BMT-nin Təhlükəsizlik Agenytliyini İrana qarşı daha güclü sanksiyalar tətbiq etməyə çağırır.


XS
SM
MD
LG