İsrailin müdafiə naziri Ehud Barak bildirib ki, İsrail hərbi dəniz qüvvələri Livandan Qəzza Zolağına humanitar yardım çatdırmağa çalışan gəmini ələ keçirib. Cənab Ehud gəminin İsrailin Aşdod limanına gətirildiyini deyib. Müdafiə naziri bildirib ki, gəmi əvvəlcə Misrin Əl-Əriş limanı istiqamətində getsə də sonra Qəzzaya tərəfistiqamətlənib. Bunu görən İsrail qüvvələri gəmini saxlamağa məcbur olmuşlar. Gəmi heyəti və gəmidə olan jurnalistlər isə hərbçilərin gəmiyədaxil olmasından əvvəl İsrail katerləriningəmi istiqamətinə atəş açdıqlarını deyiblər. Toqobayrağı altında üzən “Tali” gəmisində 60 tona yaxın humanitar yardımın olduğunu deyirlər.