Accessibility links

ABŞ prezidenti  Vaşinqtonda təşkil edilən ənənəvi tədbirdə iştirak edib


ABŞ prezidenti Barak Obama Vaşinqtonda təşkil edilən milli səhər yeməyində deyib ki, dini fərqlər insanlar arasında parçalanma deyil,birlik yaratmalıdır. İllik tədbirdə ABŞ Senatının üzvləri və dünya liderləri iştirak edib.Prezident Obama bu görüşüdünya liderlərini xoş məramla bir araya gətirən nadir bir tədbir adlandırıb.

Barak Obama deyib ki, açıq və səmimi dialoq yeni tərəfdaşlığa yol aça bilər. ABŞ dövlət başçısı fanatizmin dağıdıcı qüvvəsinin, anlaşmanın bəxş etdiyi şəfqətlə əvəz edilməli olduğunu deyib. Dvayt Eyzenhauzer dövründən bu günədək ABŞ-ın bütün prezidentləri bu səhər yeməyi tədbirində iştirak edib.
XS
SM
MD
LG