Bu həftə İran İslam İnqilabının 30-cü ildönümü tamam
olur. İslam rejiminin ölkə daxilində və
xaricində yeritdiyi siyasət beynəlxalq gündəmdə başlıca yerlərdən birini
tutur. Aparıcı Qərb dövlətləri İranın
nüvə proqramından və terrorizmə sponsorluq etməsindən dərin narahatlıq
keçirir. O biri tərəfdən İran daxilində
ölkənin etnik azlıqları və qadınlarla rəftar insan hüquqları təşkilatlarının
müntəzəm qınaqlarına tuş gəlir.
İnqilabın irsini və İran cəmiyyətinə təsirlərini müzakirə etmək üçün dəyimi
masa söhbətimizə Kanadada yaşayan jurnalist İnsafəli Hidayət və tarixçi Tofiq Türkeli
dəvət etdik.
İnsafəli Hidayət inqilabda Azərbaycanlıların oynadığı roldan bəhs etdi. O, bildirdi ki, şah dönəmində Azərbaycan Türklərinə qarşı diskriminasiyalar geniş hal almışdı. Rza Öəhləvinin ölkədə apardığı sosial islahatlar həmçinin əksəriyyəti dindar olan İranlıların heysiyyatına toxunurdu. Həmin vaxt şah rejiminə qarşı etiraz aksiyaları ilk öncə yalnız Tehranı əhatə edirdi. Sonradan İraqa mühacirət etmiş Ayətulla Ruhulla Xomeyni İran Azərbaycanında böyük nüfuza malik olan Ayətulla Şəriətmədari və Ayətullah Xoyei kimi dini liderlərin dəstəyinə arxalanaraq öz inqilab platformasını İranın başqa guşələrinə yaymağa başladı. Lakin İran İslamçı rejim bərqərar olduqdan sonra Xomeyni keçmiş tərəfdarlarını və siyasi rəqiblərini əzməyə başladı. Ölkədə tətbiq olunan dini rejim və qadağalar insanların geniş kəsimində ikrah hissi doğurdu. Nəticədə İslam inqilabına bəslənən ümidlər boşa çıxdı. Siyasi azadlıqlardan əlavə sosial azadlıqlarını itirmiş bir çox İranlılar vətəni tərk etdi.
Tarixçi Tofiq Türkel İslam inqilabından sonra Azərbaycan Türklərinə münasibətin əsaslı dəyişmədiyini bildirdi. Onun sözlərinə görə etnik azlıqlarla rəftarında İslam rejimi daha çox repressiv üsullara və basqılara üstünlük verdi. İran Azərbaycanında vüsət alan etiraz dalğası da məhz bu növ siyasətin nəticəsi idi. Cənab Türkel qeyd etdi ki, İslamı rəhbər tutduğunu elan edən rəsmi Tehran əslində dövlət siyasətində tipik avtoritar qurum kimi davranır. Azərbaycanlıların ana dilində təhsil və başqa mədəni hüquqları pozulmaqda davam edir. Eyni zamanda yürütdüyü xarici siyasətdə İran rejimi müsəlman icmasının maraqlarını deyil, öz qüdrətini qoruyur.