Accessibility links

ABŞ dövlət katibi: ‘Qırğızıstanın ABŞ hərbi bazasını bağlamağa çalışması təəssüfedicidir’


ABŞ dövlət katibi Hillari Klinton bildirib ki, Qırğızıstanın ABŞ hərbi bazasını bağlamağa çalışması təəssüfedicidir. Xanım Klinton habelə deyib ki, ABŞ Müdafiə Nazirliyi Qırğız parlamenti qanun layihəsini qəbul edəcəyi təqdirdə Birləşmiş Ştatların hansı addımı atacağını müzakirə edir. O deyib ki, Qırğız hökumətinin müzakirələrinin nəticəsindən asılı olmayaraq Amerika Əfqanistandakı NATO qüvvələrinə təchizat çatdırılması məsələsində çox effektiv hərəkət etmək əzmindədir. Bundan öncə isə Qırğızıstan parlamenti Bişkek yaxınlığında yerləşən və Əfqanıstandakı Amerika qüvvələrinin əsas tranzit məntəqəsi hesab olunan ABŞ hərbi hava bazasının bağlanması ətrafında müzakirələri gələn həftəyədək təxirə salıb. Qırğız höküməti bu layihəni cümə axşamı parlamentə təqdim etmişdi. Amma rəsmilər deyirlər ki, səsvermə gələn həftə olacaq.
XS
SM
MD
LG