Accessibility links

Yunan Kipri  Türkiyənin Avropa Birliyinə üzvlük prosesini daha da çətinləşdirir


Türkiyə Kiprdə qoşunlarını saxladığı müddətdə Avropa Birliyinə üzv olmayacaq –deyə Yunan Kiprinin prezidenti Dimitris Kristofias bildirib. Nikosiadakı mətbuat konfransında Yunan Kiprinin lideri söyləyib ki,Türkiyə Kiprin “işğalına” son qoymadığı müddətcə birliyə daxil ola bilməyəcək.

Türkiyə AB-nə üzvlük haqda danışıqlara 2005-ci ildən başlayıb, amma indiyə qədər üzvlüklə bağlı 35 məsələdən yalnız 10-u üzərində müzakirələr aparılıb. 2004-cü ildə AB-nə üzv olan Kipr ətrafındakı mübahisələr üzvlüklə bağlı digər bəzi məsələlərin müzakirə olunmasının qarşısını alıb.

Kiprin Yunan icmasının lideri Kritofias və Türk icmasının lideri Mehmet Əli Talat bölünmüş vəziyyətdəki adanın yenidən birləşdirilməsi üçün sentyabrdan bəri vaxtaşırı danışıqlar aparırlar. Hər iki tərəf federasiya yaratmağa tərəfdar olsalar da, iki icma arasında hakimiyyətin bölüşdürülməsi kimi bəzi məsələlərdə razılığa gələ bilmirlər.

XS
SM
MD
LG