Accessibility links

Almaniyanın Münhen şəhərində Beynəlxalq Təhlükəsizlik Konfransı işinə başladı


Bu gün Almaniyanın Münhen şəhərində başlayan 45-ci Beynəlxalq Təhlükəsizlik Konfransında əsas olaraq İranın nüvə proqramı və Əfqanıstandakı NATO qüvvələri məsələlərinin diqqət mərkəzində olacağı gözlənilir. Almalniyanın xarici işlər naziri Frank Valter Steinmyer konfransın açılış iclasında deyib ki, bir il ərzində ABŞ və Rusiyada hakimyyətə gələn yeni liderlər keçmişdən qalan təmayülləri dəyişərək, silahlar və təhlükəsizlik sahələrində yeni sazişlərin əldə edilməsinə nail ola bilərlər. Konfransda çıxış edən İran parlamentinin spikeri Əli Laricani prezident Obamanın keçmiş senator Corc Mitçeli Yaxın Şərq üztə xüsusi elçi təyin etməsini məmnunluq hissi ilə qarşıladığını bildirib. Konfransda ABŞ-ın vitze presidenti Co Baydenın rəhbərliyindəki nümayəndə heyyəti təmsil edir. O, konfransdan kənarda Almaniya, Fransa və Ukraynanın liderləri ilə görüşəcək.

XS
SM
MD
LG