Avropa Birliyi deyir ki, Rusiyanın Gürcüstanda
hərbi mövcudluğunu artırması Gürcüstanın ərazi bütövlüyünün ciddi şəkildə pozulması demək
olacaq. Birliyin hazırkı prezidenti Çex Respublikasının rəsmilərinin sözlərinə
görə, ittifaq Rusiyanın planlarından ciddi narahatdır. Bu plan avqust ayında
Cənubi Osetiya üzərində Rusiya ilə Gürcüstan arasında gedən 5 günlük müharibəyə
son qoymuş atəşkəs razılaşmasını da poza bilər. Avropa Birliyi Rusiyanın
məsuliyyətli addım atacağını və öz öhdəliklərinə əməl edəcəyini gözlədiyini
açıqlayıb. Qeyd edək ki, Rusiya xəbər agentliklərinin məlumatlarında deyilir
ki, Moskva Cənubi Osetiya və Abxaziyadakı hərbi mövcudluğunu artırmağı
planlaşdırır. Buraya Abxaziyadakı hərbi dəniz bazası da daxildir.