Accessibility links

Qazaxıstanda müxalifət qəzetinin jurnalisti vəhşicəsinə döyülüb


Qazaxıstanda bir mətbuat azadlığı qrupu müxalifət jurnalisti, 19 yaşlı Baxitjan Nurpeyisovun hücuma məruz qalaraq,döyüldüyünü bildirib. `Adil Söz` qrupunun bildirdiyinə görə, möhkəm döyülən journalist əsasən baş nahiyyəsindən ağır zədələr alaraq, beyin silkələnməsinə məruz qalmış və çənəsi sındırılmışdır. Hücumçular eləcə də jurnalistin kamerasını, video-teyplərini və sənədlərini əlindən alımışlar. Qeyd edək ki, Bəxitjan Nurpeyisov `Xalqın Mövqeyi` adlı müxalifət qəzetində çalışırdı.

XS
SM
MD
LG