Accessibility links

İraqda şiə namizədlər nəticələrə etiraz edir


İraqın bəzi şiə partiyaları keçən həftə keçirilən vilayət seçkilərinin nəticələrini qəbul etməyəcəklərini bildirib. Radikal dini lider Möqtəda Əl-Sədrin tərəfdarı olan namizədlər deyir ki, seçkilərdə saxtakarlığa yol verilib. Bu ilk açıqlanan ilkin nəticə İraqın baş naziri Nuri Əl-Malikinin rəhbərlik etdiyi koalisiyanın seçkilərdə inamlı qələbəsini göstərir. Cənab Malikinin partiyası paytaxt Bağdad və İraqın ikinci böyük şəhəri olan Bəsrədə şiə partiyasını üstələməyə müvəffq olub. Baş nazirin müttəfiqləri daha çox şiələrin yaşadığı digər 8 vilayətdə də qələbəyə yaxındırlar.
XS
SM
MD
LG