Accessibility links

Əfqanıstanda 15 nəfər həlak olub


Əfqanıstan rəsmiləri deyir ki, ölkədə ardıcıl zorakılılar nəticəsində 15 nəfər həlak olub. Daxili İşlər Nazirliyindən bildirirlər ki, Əfqanıstan polisi və beynəlxalq qüvvələr Helmənd vilayətində gecə yarı 10 yaraqlını öldürüb. Bununla yanaşı, ABŞ koalisiyasına daxil olan əsgərlər bu gün bir mülki vətəndaşı öldürüblər. Xost vilayətində yoxlama məntəqəsinə yaxınlaşan avtomobil saxlamaq əmrinə tabe olmayıb və əsgərlərin atəş açması nəticəsində sürücü həlak olub. Açıqlanan bəyanatda deyil ki, maşında olan digər iki mülki vətəndaş qadın və uşaq xəsarət alıb. Əfqanıstanın şərqində isə 3 ayrı insident zamanı 2 yerli rəsmi və iki polis işçisi həlak olub.
XS
SM
MD
LG