Accessibility links

İslam inqilabının təsirləri 30 ildən sonra da hiss olunur


İran İslam İnqilabı tarixdə dünyanın önəmli çevrilişlərindən sayılır. 1979-cu ildə baş verən bu inqilab monarxiyanı teokratiyaya dəyişdi. Çevrilişdən 30 il keçməsinə baxmayaraq inqilabın bugünkü siyasətlərə təsirinin şahidi oluruq.
30 il əvvəl İranda inqilab monarxiyanı çökdürdü və hakimiyyətə ruhanilərini gətirdi. Gərginlik Şah Məhəmməd Pəhləvi və solçu Marksistlərdən tutmuş mühafizəkar islamçılara kimi olan bütün müxalifət arasında yaşanırdı. Rejim gündən günə nüfuzunu itirir və Şah insanların gözündə ölkənin sərvətlərini Qərbə satan bir fiqur kimi görünməyə başlayırdı.
Böyük Britaniyanın sabiq xarici işlər naziri Lord Deyvid deyir ki, 1970-ci illərin sonlarına kimi Şahın yeritdiyi siyasətlər İran ictimaiyyətinin böyük bir hissəsinin ondan üz döndərməsinə səbəb oldu:“ Böyük sürətlə artan inflyasiyatacirlərinarahat edirdi. Mollalar onun İslam dinindən uzaqlaşdığınıdüşünür və buna qəzəblənirdilər. Tələbələr isə kifayət qədər azadlıq və demokratiya olmadığından şikayət edirdilər”.
Etiraz dalğası bütün ölkəni bürüdü. 1979-cu il yanvarın 16-sı Şah İrandan qaçdı və 18 ay sonra Qahirədə xərçəngdən dünyasını dəyişdi. Fevralın 1-i Fransada mühacirətdə olan Ayatulla Ruhulla Xomeyni inqilabın rəqibsiz lideri kimi geriyə qayıtdı. Aprel ayında isə İslam Respublikası rəsmən elan olundu.
İnqilab dəyişiklik idi. O zaman çoxsaylı insan haqları müdafiəçisi, intelektuallar və ziyalılar çevrilişi dəstəkləyirdilər. Onlardan biri də Nobel Sülh mükafatı laureatı Şirin İbadi olub: “İnqilabın şüarı belə idi – Azadlıq və Müstəqillik. Onlar söz vermişdilər ki, biz bu iki amala nail olacağıq”.
Dəyişiklik baş tutdu, ancaq hamının ümid etdiyi kimi yox. Ölkədə edamlar, kütləvi həbslər və qarışıqlıq baş qaldırdı. 1979-cu ildə bir qrup tələbə Tehrandakı ABŞ səfirliyini ələ keçirərək Amerika diplomatlarını 444 güngirov saxladılar. Ölkə daxilində qələbə əhval-ruhiyyəsi davam etdiyi bir vaxt 1980-ci ildə Səddam Hüseyn bu ölkədəki xaosdan istifadə edərək İrana hücuma keçdi. 8 ilə yaxın davam edən İran-İraq müharibəsibir milyondan çox insanın həyatına son qoydu.
Bu günə kimi ABŞ İrana 3 dəfə sanksiya tətbiq edib. Ancaq yeni Obama adminstrasiyasının danışıqlara yol açmasını gözləyənlər çoxdur. Buna baxmayaraq, İranın hazırkı prezidenti Mahmud Əhmədinejadla inkişafa nail olmaq elə də asan görünmür.
XS
SM
MD
LG