Accessibility links

Pakistan nüvə fizikinin azad edilməsi qərarını müdafiə edir


Pakistan Birləşmiş Ştatların tənqidlərinə baxmayaraq, nüvə sirlərini satdığını etiraf edən alimin azad edilməsi qərarını müdafiə edib.Pakistanın Xarici İşlər nazirliyi bu gün bəyan edib ki, Əbdül Qadir Xan nüvə qaçaqmalçılığı ilə məşğul olan şəbəkə məhv edildiyi üçün artıq təhlükə təşkil etmir.ABŞ rəsmiləri Xanın azad edilməsi qərarının təəssüf doğurduğunu bildirərək, onun daha təhlükə yaratmadığına dair qarantiyalar tələb edib.Pakistanın nüvə bombasının yaradıcısı hesab edilən Xan 2004-cü ildə Liviya, İran və Şimali Koreyaya nüvə sirlərini çatdırdığını etiraf etmişdi.İslamabadın Ali Məhkəməsi 72 yaşlı Xanı beş il müddətinə ev dustaqlığına məhkum etmişdi.Ali Məhkəmə Xana dair bəzi təhlükəsizlik tədbirlərinin görüləcəyini bildirib.

XS
SM
MD
LG