Accessibility links

Avstraliyada təbii yanğınlar 84 nəfərin ölümünə səbəb olub 


Avstraliyada təbii yanğınları səbəbi ilə ölənlərin sayı 84 nəfərdir. Viktoriya ştatında baş verən bir neçə yanğın nəticəsində ölənlərin sayının artacağı təxmin edilir. Avstraliya polisinin bildirdiyinə görə, insanlar qacmağa cəhd edərkən maşınlarında boğulublar.

Melburn ətrafında 400-ə yaxın yanğın 18 nəfərin yaralanması, yüzlərlə evin sıradan çıxmasına səbəb olub. Avstraliyanın baş naziri Kevin Radd əsgəri qüvvə və minlərlə könüllünün yanğınsöndürənlərə yardım məqsədi ilə təbii fəlakət zonalarına göndəriləcəyini bildirib.

XS
SM
MD
LG