İsrail
hərbçiləri deyir ki, Qəzza zolağından İsrailin cənubuna raket hücumu baş
verib. Hərbi rəsmilər deyir ki, raket
azı bir maşını alova bürüyüb, lakin xəsarət alan olmayıb. Fələstin militantları İsrail yanvarın 18-də
Qəzzada 3 həftəlik hərbi əməliyyatlarını başa çatdırandan bəri İsrailə arabir
raket hücumları etməkdədir. Fələstin
militant qrupunun nümayəndələri israillə rəsmi uzun müddətli atəşkəs imzalamaq
üçün Misirdə danışıqlar aparır. Mahmud
Zahar və Hamasın başqa nümayəndələri Qahirədə Misir rəsmiləri ilə görüşəcəklər. İsrail Hamasa hücum edəndən bəri ilk dəfədir
ki, Zahar ictimaiyyət arasına çıxır.