Accessibility links

Məhəmməd Xatəmi İranın prezident seçkilərində iştirak edəcək


İranın sabiq prezidenti Məhəmməd Xatəmi iyun ayı prezident seçkilərində iştirak edəcəyini bildirib. 1997-2005-ci illər ərzində prezidentlik etmiş Xatəmi bu haqda bu gün Tehranda açıqlama verib. İran islahatçıları onu Əhmədinejadı məğlub edəcək bir namziəd kimi seçkilrdə iştirak etməyə çağırır.

Mahmud Əhmədinehad isə seçkilərə qatılacağını rəsmən elan etməyib. Lakin o, İranın ali ruhani lideri Ayətulla Əli Xameneyinin dəstəyinə malikdir. İran prezidentinin tənqidçiləri onu İsrail və Amerika əleyhinə təhrikçilikdə ittiham edərək, ölkəni təcridə məruz qoymaqda günahlandırır.


XS
SM
MD
LG