Cənubi
Koreya Prezidenti Li Myunq Bak deyir ki, o, Şimali Koreya ilə dialoqa hazırdır,
lakin hökumətinin Pxenyana qarşı sərt siyasətini dəyişdirməyəcək. Son həftələrdə Şimali Koreya Cənuba qarşı
hədə-qorxu kampaniyasını genişləndirib.
Yarımadada müharibə haqda xəbərdarlıq edən Pxenyan deyilənlərə görə bu
günlərdə radiusu ABŞ-ın qərb sahilinə çatan raketi sınaqdan keçirməyə
hazırlaşır. Radio müraciətində cənab Li
bildirib ki, o, Şimali Koreya ilə masa axasında danışıqlar aparmağa hazırdır,
amma öz prinsiplərindən əl çəkməyəcək.
Ötən ilə cənab Li vəzifəsinin icrasına başlayanda qeyd-şərtsiz yardım
axınını dayandıraraq əvəzində yardımın verilməsini Şimalın nüvə proqramını
dayandırmağa doğru irəliləyişi ilə əlaqələndirdi.