Accessibility links

İran rəsmisi ABŞ-ın Tehranla  danışıqlar aparmaq istəyini alqışlayır


İspaniya rəsmiləri deyir ki, İran Parlamentinin spikeri ABŞ-ın yeni hökumətinin Tehranla Iranın nüvə proqramıyla bağlı danışıqlar aparmaq istəyini alqışlayır

İran Parlamentinin spikeri Əli Laricani baş nazir və digər rəsmi şəxslərlə görüşmək üçün İspaniyadadır.

Bu görüşlərdən sonra İspaniya rəsmiləri bildiriblər ki, Cənab Laricani bu yaxınlarda ABŞ-ın vitse-prezidenti Jo Baydının Vaşinqtonun Tehranla dialoqa açıq olduğu və qlobal məsələlərə çoxtərəfli yanaşmanı dəstəklədiyi barədə bəyanatına müsbət münasibət bildirib.

ABŞ-ın vitse-prezidenti şənbə günü Almaniyada keçirilən beynəlxalq təhlükəsizlik konfransı zamanı bu dialoqun mümkünlüyünü ifadə etmişdir. Cənab Baydın çıxışı zamanı demişdi ki,onun sözləriylə desək, 'İran gizli nüvə proqramından və terrorçuluğu dəsdəkləməkdən əl çəkdiyi təqdirdə əsaslı həvəsləndirici tədbirlər həyata keçiriləcək'. Lakin o, bunu əlavə etdi ki, əgər İran əvvəlki mövqeyində dursa yene də təzyiq və təklənmə ilə üzləşəcək.

ABŞ və onun müttəfiqləri İranı nüvə silahı əldə etməyə çalışmaqda ittiham edirlər. İran isə öz növbəsində nüvə proqramından dinc məqsədlər üçün istifadə etdiyini deyir.

XS
SM
MD
LG