Şri Lankada qadın intiharçının həyata keçirdiyi bomba hücumu nəticəsində 28 adam ölüb. Hərbçilər bu hücumun ölkənin şimalındakı döyüşlərdən qaçan bir qrupu hədəf aldığını bildirir.
Hərbi sözçü Udaya Nanyakkaranın dediyinə görə, intiharçı qadın Tamil Pələngləri qiyamçısıdır. O, bombanı bu gün Vişvamadu yaxınlığında bir düşərgənin kənarında işə salıb.
Partlayış
nəticəsində əksəriyyəti qadın və uşaq olmaqla ən azı 45 adam yaralanıb. Hərbi sözçü deyib ki, qadın düşərgə ətrafında
əsgərlər tərəfindən axtarılarkən bombanı partladıb.
Buna görə də ölənlərin çoxu əsgərlərdir. Hələlik üsyançılar insidentə heç bir şərh verməyiblər.