Accessibility links

Dövlət katibi Klinton:İran raketlərdən müdafiə sistemi məsələsində əsas faktordur


Birləşmiş Ştatlar bildirir ki, İran qərb ölkələrinin inandığı kimi, nüvə silahı yaratmaq planlarından əl çəksə, ABŞ Avropada raketlərdən müdafiə sistemi yerləşdirmək planlarını yenidən nəzərdən keçirə bilər. ABŞ Dövlət katibi Hilari Klinton Obama administrasiyasının baxışlarını Çex Respublikasının Xarici İşlər naziri Karel Şvarsenberqlə birgə mətbuat konfransı zamanı ifadə edib. Birləşmiş Ştatlar prezidenti Barak Obama Polşada raket tutan qurğu və Çex Respublikasında radar qurğusu yerləşdirmək planlarını həyat keçirib-keçirməyəcəyi barədə hələlik açıqlama verməyib. Lakin bu gün Dövlət katibi Klinton bəyan edib ki, raketlərdən müdafiə sisteminin yerləşdirilməsi məsələsi onun sözlərilə İran hökumətinin qərarlarından asılı olan bir məsələdir. ABŞ-ın keçmiş prezidenti Corc Buş bildirmişdi ki, sistem ABŞ-ın Avropadakı müttəfiqlərini İranın gözlənilməz hücumundan qorumağı nəzərdə tutur

XS
SM
MD
LG