Accessibility links

ATƏT müşahidəçiləri Cənubi Osetiyada saxlanıldı


Gürcüstanın separatçı Cənubi Osetiya regionunun qüvvələri de-fakto sərhəddə Avropa monitorlarını qısamüddətli nəzarət altına alıblar.

Gürcüstan höküməti çərşənbə axşamı Cənubi Osetiya hakimiyyətini 2 ATƏT müşahidəçisini oğurlamaqda ittiham edib.

Bir neçə saat sonra ATƏT monitorların buraxıldığını elan edərək, insidentin araşdırıldığını bildirib.

1992-ci ildən bəri ATƏT Cənubi Osetiya və digər Rusiyameylli separatçı ərazilərdə müşahidəçi missiyaları həyata keçirib.

Bununla yanaşı, separatçılar ötən il Rusiya-Gürcüstan müharibəsindən sonra ATƏT monitorlarının əraziyə keçidinə imkan verməyib.

Bundan əlavə Rusiya bu ayın sonunda başa çatacaq missiyanın mandatını uzatmağın qarşısını alıb.

XS
SM
MD
LG