Bu gün Israildə Likud partiyasının lideri, keçmiş baş nazir Bencamin Netanyahu və mərkəzçi Kadima Partiyasından xarici işlər naziri Tzipi Livni arasında seçim edən israillilərin diqqət yetirdiyi əsas məsələ təhlükəsizlikdir. Rəy sorğuları cənab Netanyahunun irəlidə olduğunu göstərməsinə baxmayaraq, təhlliçilər onunla Tzipi Livni arasında böyük fərqin olmadığını deyirlər.
Bu gün səhərdən İsraildə güclü yağış və küləyin olduğu üçün seçki məntəqələrinə az sayda adam gəlib. Seçki məntəqələrindəki işçilər əvvəlcədən səs verməyə gələnlərin sayının az olacağını demişdilər. Bir aydır ki, seçkilərdə sağçı Likud Partiyasının lideri Bencamin Netanyahunun qalib gələgəyi deyilirdi. Cənab Natanyahu İran və Fələstin məsələlərində daha sərt addımlar atacağına söz vermiş və Qəzza Zolağındakı İslamçı Həmasıın devrilməsinə çağırmışdı. Bütün bunlarla yanaşı bu günlər cənab Netanyahuya verilən ictimai dəstək qismən azalıb. Təhlilçilər hazırda onunla Tzipi Livni arasında yarışın demək olar ki, bərabər getdiyini deyirlər.