Accessibility links

Yaponiya və Cənubi Koreya Şimali Koreyanı hədələyici tonunu yumşaltmağa çağırıb


Yaponiya və Cənubi Koreya Şimali Koreyanı demokrat rəqiblərinə qarşı hədələyici tonunu yumşaltmağa çağırıb. Yaponiyanın xarici işlər naziri Hirofumi Nakasone və onun Cənubi Koreyalı həmkarı Yu Myun Hvan birgə çağırışla Seulda çıxış edib.

Diplomatlar Pxenyanın son hədələrini yararsız adlandıraraq, onu regionun sabitliyə xidmət edəcək tərzdə hərəkət etməyə çağırıb. Son həftələr Koreyalar arasında gərginlik Şimali Koreyanın Çənubla bütün siyasi və hərbi müqavilələri ləğv etməsi ilə artıb. Bəzi təhlilçilər hesab edir ki, Şimali Koreya bu əməlləri ilə ABŞ-ın yeni prezidenti Barak Obamanın diqqətini cəlb etməyə çalışır.


XS
SM
MD
LG